Süni İntellekt Xidmətlərimiz
Advocotek olaraq, böyük dil modellərini müəssisənizin öz məlumatları və sistemləri ilə işləyəcək şəkildə başdan-başa tətbiq edirik. Fine-tuning-dən server optimallaşdırmasına, CRM/ERP inteqrasiyasından canlı demoya qədər bütün prosesi biz idarə edirik.
Lokal serverimizdə çalışan modeli canlı olaraq sınaqdan keçirə bilərsiniz.
Fine Tuning (SFT və GRPO)
Açıq mənbəli dil modellərini Supervised Fine-Tuning (SFT) və GRPO ilə şirkətinizin öz məlumatlarına, terminologiyasına və iş proseslərinə uyğun təlimatlandırırıq. Ümumi təyinatlı modeli sizin sahənizdə ixtisaslaşmış köməkçiyə çeviririk.
Quraşdırma və Optimizasiya
Açıq mənbəli modelləri istədiyiniz infrastrukturda düzgün quantization və avadanlığa uyğun tənzimləmələrlə tətbiq edirik. Advocotek aşağı gecikmə və yüksək məhsuldarlıq təmin edərək, qısa müddətdə müəssisənizə məxsus daxili AI mühiti qurmağınıza kömək edir.
Backend Sistemlərlə İnteqrasiya
Süni intellekt köməkçilərini CRM, ERP, Ticketing və Sənəd Dövriyyəsi kimi daxili sistemlərinizlə inteqrasiya edirik. Model məlumatlarınıza daxil ola, alətlər (tools) çağıra və mövcud iş axınlarınızın ayrılmaz hissəsinə çevrilə bilər.
Süni intellekt layihəniz üçün tələblərinizi müzakirə edək.